Bu gün UEFA Gənclər Liqasının Çempionlar Yolunun ilk iki mərhələsinin püşkü atılacaq.
Sportal.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbirdə təmsilçimiz "Qəbələ”nin rəqibləri müəyyənləşəcək. Mərasim Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
“Qırmızı-qaralar”ın potensial rəqiblərinin sayı 7-ə enib. Bunlar "Herta" (Berlin, Almaniya), "Siqma" (Çexiya), PAOK (Yunanıstan), "Lex" (Poznan, Çexiya), AEL (Limassol, Kipr), "Maribor" (Sloveniya) və "Şerif" (Tiraspol, Moldova) klublarıdır.
Qeyd edək ki, ilk mərhələnin oyunları 3 - 24 oktyabrda, 2-ci mərhələnin görüşləri isə 7 - 28 noyabrda keçiriləcək.
Xatırladaq ki, "Qəbələ” ikinci dəfə Gənclər Liqasında çıxış edəcək. 2016/2017 mövsümündə də turnirdə iştirak edən bölgə təmsilçisi 1-ci mərhələdə Rusiyanın "Dinamo” (Moskva) komandasına uduzub - 0:2, 0:5.
saytlarin hazirlanmasi