Obameyanq millidə baş məşqçi oldu

14:56 - 20 Sentyabr 2018

Qabon milli komandasının yeni baş məşqçisi müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, yığmanın "sükanı arxası"na Pyer Fransua Obameyanq keçib. 53 yaşlı mütəxəssisin köməkçisi Daniel Kuzen olacaq. Obameyanq istefaya göndərilmiş ispaniyalı mütəxəssis Xose Antonio Kamaçonu əvəzləyib.

 

Qeyd edək ki, Fransua Obameyanq "Arsenal"da çıxış edən Pyer Emerik Obameynaqın atasıdır.

Xəbər xətti