"Fənərbaxça" çempionluq yolunda ağır zərbə aldı

23:16 - 6 May 2024

Türkiyə Super Liqasında 35-ci tura yekun vurulub.

Sportal.az xəbər verir ki, bu gün çempionluq uğrunda mübarizə aparan "Fənərbaxça" səfərdə "Konyaspor"un qonağı olub. Matç qolsuz heç-heçə ilə başa çatıb.

35 turdan sonra 90 xal toplayan "Fənərbaxça" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. İsmail Kartalın yetirmələri mövsümün bitməsinə 3 tur qalmış lider "Qalatasaray"dan 3 xal geri qalır. 37 xalı olan "Konyaspor" isə 16-cı yerdədir.

Xəbər xətti