"Sabah" "Keşlə"dən ayrılan futbolçunu transfer etdi

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, serbiyalı yarımmüdafiəçi Miloş Bosançiçlə mövsümün sonunadək müqavilə bağlanıb. 30 yaşlı futbolçu “Sabah”da 22 nömrəli formada çıxış edəcək.

 

Bosançiç karyerası ərzində Serbiyanın “Partizan” (2006-2008), OFK (2008), “Çukariçki” (2008-2009), “Srvena Zvezda” (2014-2015), Çexiyanın “Slovan Liberets” (2009-2012, 2017-2018), Portuqaliyanın “Boavişta” (2007-2008), Cənubi Koreyanın “Qyonqnam” (2013-2014), Taylandın “Tero Sasana” (2016-2017), Çinin “Qrintaun” (2015) klublarında çıxış edib. Onun son komandası Bakının “Keşlə” klubu olub.

Tarix: 25 Sentyabr [16:14]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
22 Fevral 2019
21  Fevral 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio