Almeyda oynadı, "Astana"a qalib gəldi VİDEO

22:32 - 4 Oktyabr 2018

UEFA Avropa Liqasının qrup mərhələsinin II turuna start verilib.

 

Sportal.az xəbər verir ki, K qrupunda qərarlaşan "Astana" Fransa "Renn"ini qəbul edib və 2-0 hesabı ilə qalib gəlib.

 

Millimizin üzvü Riçard Almeyda "Astana"nın heyətində matça start heyətdə başlayıb və 63 dəqiqədə əvəzlənib.

 

"Astana" 2 turdan sonra 4, "Renn" isə 3 xal toplayıb. Qrupun digər oyununda Kiyev "Dinamo"su "Yablonets"ini qonağı olacaq.

 

"Astana" 2-0 "Renn"

Qollar: Baktiyor Zaynutdinov, 63, Marin Tomasov, 90

 

Xəbər xətti