Şeydayevin komandasının yeni baş məşqçisi rəsmən açıqlandı

00:40 - 6 Oktyabr 2018

Millimizin üzvü Ramil Şeydayevin çıxış etdiyi Rusiyanın "Krılya Sovetov" klubunun yeni baş məşqçisi müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, Samara təmsilçisinin "sükanı arxası"na Miodraq Bojoviç keçib. 50 yaşlı mütəxəssis uğursuz nəticələrə görə istefaya göndərilən Andrey Tixonovu əvəzləyib.

 

Qeyd edək ki, "Krılya Sovetov" Premyer Liqada 9 turdan sonra 16 komanda arasında 15-ci pillədə qərarlaşıb.

Xəbər xətti