"Real"dan 1,5 milyard avroluq anlaşma!

17:31 - 5 Noyabr 2018

Madrid "Real"ının "Adidas" şirkətiylə müqaviləsinin detalları məlum olub.

 

Sportal.az xəbər verir ki, 10 illik müqavilə "Real"a 1,1 milyar avro qazandıracaq. Bonuslarla birgə bu rəqəm 10 il ərzində 1,5 milyard olacaq. Bu barədə "Marca" məlumat yayıb.

 

"Real" digər sponsoru "Fly Emirates"dən illik 70 milyon avro əldə edir.

 

Qeyd edək ki, "kral klubu" ötən mövsüm sponsorlardan 305,24 milyon avro qazanıb.

Xəbər xətti