Fərid Nəbiyevin dublu "Slaviya"ya qələbə qazandırdı

01:08 - 6 Noyabr 2018

Çexiyanın gənclər liqasında 14-cü turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, U-21 millimizin üzvü Fərid Nəbiyevin formasını geyindiyi “Slaviya” səfərdə “Pribram”a 3:2 hesabı ilə qalib gəlib.

 

Nəbiyev start heyətdə meydana çıxıb və 89-cu dəqiqədə əvəzlənib.

 

Fərid hesab 1:2 olarkən 61-ci dəqiqədə bərabərlik, 68-də isə komandasının qələbə qolunu vurub. Nəbiyev mövsüm ərzində vurduğu qolları 10-a çatdırıb. Gənc oyunçu bombardirlik yarışında liderliyə yüksəlib.

 

“Slaviya”nın U-21 komandası hazırda 14 xalla 12 komanda arasında 10-cu pillədə qərarlaşıb.

Xəbər xətti