Millimizin oyununun hakimləri açıqlandı

10:10 - 13 Noyabr 2018

19 yaşadək futbolçulardan ibarət yığmamızın Avropa çempionatının seçmə mərhələsində İsraillə keçiriləcək oyununa hakim təyinatlar açıqlanıb. 

 

Sportal.az xəbər verir ki, sabah baş tutacaq matçı belçikalı Erik Lambrext idarə edəcək. Ona həmyerlisi Karel De Roker və gürcüstanlı Giorgi Elikaşvili kömək edəcək.

 

Matçın dördüncü hakimi funksiyasını gürcüstanlı Aleko Aptsiauri yerinə yetirəcək.

 

Qeyd edək ki, Tiflisdə keçiriləcək görüş Bakı vaxtı ilə saat 14:00-da başlayacaq

Xəbər xətti