Vaqif Cavadov ölkə xaricinə yollanır

10:26 - 24 Dekabr 2018

"Keşlə"dən ayrılan Vaqif Cavadova Premyer Liqanın digər klubları maraq göstərmir.

 

Sportal.az xəbər verir ki, 29 yaşlı futbolçu bu səbəbdən də ölkəni tərk etmək istəyir. Cavadov Türkiyə və Rusiyanın aşağı liqalarında çıxış edən klubların birində oynamaq fikrindədir. Əgər danışıqlar baş tutsa, millimizin sabiq üzvü legioner həyatı yaşayacaq.

 

Qeyd edək ki, Cavadov ötən ilin qış fasiləsində "Keşlə"yə 6 ay futbolsuz qaldıqdan sonra keçmişdi. Vaqif ölkə xaricində "Tvente", "Volqa", "Qaziantep BB" və "Boluspor" klublarında çıxış edib. 

Xəbər xətti