"Sabah"ın iki rəqibi bəlli oldu

16:48 - 26 Dekabr 2018

Yanvarın 2-dən 23-dək Türkiyənin Antalya şəhərinin Lara bölgəsində təlim-məşq toplanışında olacaq “Sabah”ın toplanış çərçivəsində qarşılaşacağı 2 rəqib bəlli olub.

 

Sportal.az xəbər verir ki, paytaxt klubu yanvarın 16-da Qazaxıstanın “Tobol”, 19-da isə Macarıstanın “MTK Budapeşt” klubuyla üz-üzə gələcək. 

 

Qeyd edək ki, “Sabah” yanvarın 12-də və 22-də daha 2 yoxlama görüşü keçirəcək. Rəqiblər barədə yaxın günlərdə məlumat veriləcək. 

Xəbər xətti