Ceyhun Sultanov Darionun açıqlamasına münasibət bildiridi: "Mən ən çox buna əsəbləşmişəm, vəssalam"

“Neftçi”dən ayrılıb Cənubi Koreyanın "Daequ” klubuna keçən braziliyalı vinger Dario Federiko "qafqazinfo"ya verdiyi açıqlama ilə gündəmə gəldi. 27 yaşlı futbolçu "Neftçi"nin idman direktoru Ceyhun Sultanov barədə müsbət fikirlər söyləməmişdi:

 

“Neftçi” ilə aramızda narazılıq oldu. Mən yaxşı təklif almışdım və getmək istəyirdim. Amma onlar məni buraxmırdılar. Həqiqətən əsəbləşdim və müəyyən narazılıq yarandı. “Neftçi”nin idman direktoru Ceyhun Sultanovun xarakteri yoxdur. Çünki biz razılıq əldə etdik, amma o, razılaşmaya əməl etmədi. Lakin mən istədiyimi həyata keçirdim və klubdan ayrıldım”.

 

Məsələ ilə bağlı "Neftçi"nin idman direktoru Ceyhun Sultanovla əlaqə saxladıq. Klub rəsmisi Sportal.az-a açıqlamasında Asiya ölkəsinə üz tutan futbolçunun ittihamlarına münasibət bildirib:

 

"O, artıq komandamızı tərk edib. Gedən şəxs barədə çox danışmaq istəmirəm. Narazılığı o idi ki, klub onu buraxmalı idi. Ancaq bu müqavilə şərtlərinə uyğun olaraq edilməli idi. Bu da baş verdi. Sadəcə, çempionata üç gün qalmış dedi ki gedirəm. Təlim-məşq toplanışı keçmişdi, hazır vəziyyətdə idi. Mən ən çox buna əsəbləşmişəm, vəssalam. Əgər 15 gün öncə desəydi, problem olmazdı. Əgər sən "Neftçi"dən istifadə edirsənsə, mən heç kəsə icazə vermərəm ki, klubumuzdan rahat istifadə etsin. Bu, mənim üçün mövzu deyil".

Tarix: 8 Fevral [16:16]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 İyul 2019
19  İyul 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio