Braziliya millisinin üzvü Çin klubundan ayrıldı

12:44 - 17 Mart 2019

Braziliya millisinin sabiq üzvü Aleşandre Pato Çinin "Tynaçzin Qoyançzyan" klubundan ayrılıb.

 

Sportal.az xəbər verir ki, müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

 

Qeyd edək ki, 29 yaşlı forvard "İnternasional", "Milan", "Korintians", "Çelsi" və "Vilyarreal" klublarında çıxış edib. Pato 2017-ci ildən Çin klubunda oynayırdı. O, 29 dəfə Braziliya yığmasında forma geyinib.

Xəbər xətti