Əfran İsmayılov məşqlərə başladı

18:50 - 9 Aprel 2019

Türkiyədə əməliyyat olunan Azərbaycan milli komandasının üzvü, “Sumqayıt”ın aparıcı oyunçularından olan Əfran İsmayılov məşqlərə başlayıb.

 

Sportal.az xəbər verir ki, futbolçu artıq bərpa prosesini başa vuraraq, məşqlərə start verib. İsmayılov bu gündən etibarən komanda ilə birgə hazırlaşacaq. Əsas məqsəd Əfran İsmayılovun Azərbaycan Kubokunun yarımfinal mərhələsində “Zirə”yə qarşı keçiriləcək oyuna qədər hazır vəziyyətə gətirilməsidir. 

 

Qeyd edək ki, yarımfinal mərhələsinin ilk oyunları aprelin 23-də keçiriləcək. 

Xəbər xətti