Azərbaycanlı futbolçu iki qol vurdu, komandasına qələbə qazandırdı VİDEO

14:18 - 20 Aprel 2019

Latviya çempionatında VII turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçular – Vüqar Əsgərov, Elvin Sərkərov və Tural Bayramlının formasını geyindiyi “Dauqavpils” səfərdə “Liepaya”ya 3:2 hesabı ilə qalib gəlib.

 

Vüqarla Elvin oyuna start heyətdə başlayıb. Əsgərov sonadək oynayıb, Sərkərov 36-cı dəqiqədə əvəzlənib. Turalın adı isə iştirak ərizəsinə daxil edilməyib.

 

Komandasının vurduğu qollardan ikisinə Vüqar Əsgərov imza atıb. 33 yaşlı 58-ci dəqiqədə penaltidən qol vurmaqla hesabı 1:1 edib. Azərbaycan millisinin sabiq üzvü 90+2-ci dəqiqədə isə komandasının qələbə qoluna imza atıb.

 

“Dauqavpils” 7 xalla 9 komanda arasında 5-ci pillədə qərarlaşıb.

 

Xəbər xətti