"Keşlə"nin qapıçısı evə buraxıldı

Azərbaycan Premyer Liqasının 25-ci turunda "Qarabağ"la səfər görüşündə ciddi xəsarət alan "Keşlə"nin qapıçısı Şahin Zəkiyev bu gün xəstəxanadan evə buraxılıb.

 

Sportal.az xəbər verir ki, 5 gün müalicə alan 19 yaşlı əlcək sahibi bu gün komandanın həkimləriylə görüşəcək. Həkimlər Şahinin məşqlərə nə vaxtdan başlayacağı ilə bağlı qərar verəcək.

 

Zəkiyev sözügedən oyunun 18-ci dəqiqəsində "Qarabağ"ın hücumçusu Mahir Mədətovla toqquşma zamanı ciddi zədələnmişdi. Dərhal xəstəxanaya çatdırılan Şahinin burnunda və almacıq sümüyündə sınıq aşkar edilmişdi.

Tarix: 22 Aprel [14:52]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
19 İyul 2019
18  İyul 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio