Avropada Hakim Ziyeç yarışı: 40 milyonluq təklif

11:28 - 23 Aprel 2019

Hollandiya təmsilçisi "Ayaks"da göstərdiyi performansla Avropa nəhənglərinin hədəfinə düşən Hakim Ziyeç yayda klubunu dəyişə bilər.

 

Sportal.az xəbər verir ki, İtaliyanın "İnter" klubu mərakeşli futbolçu üçün Amsterdam təmsilçisinə 40 milyon avro təklif edəcək.

 

Bundan əlavə, 26 yaşlı yarımmüdafiəçi "Arsenal", "Tottenhem", "Mançester Yunayted", "Bayern", "Borussiya" (Dortmund) və "Barselona" kimi klubların da diqqət mərkəzindədir.

 

Ziyeçin "Ayaks"la 2021-ci ilə kimi müqaviləsi var. Mərakeş millisinin üzvü cari mövsüm 43 oyuna 19 qol vurub, 20 assist edib.

Xəbər xətti