Samir Abasov: "Təəssüf ki, yaxşı oyunlarımızı yalnız qışdan sonra görürük"

21:06 - 23 Aprel 2019

Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyununda səfərdə “Sumqayıt”la 0:0 hesablı heç-heçə edən “Zirə”nin baş məşqçisi Samir Abasov oyundan sonra mətbuat konfransında fikirlərini bölüşüb. 

 

Sportal.az xəbər verir ki, 41 yaşlı mütəxəssis oyunla bağlı danışıb: “İlk oyundan sonra fikir bildirmək çətindir. Oyun istənilən nəticəylə bitsə də, cavab qarşılaşması qalır. Əsas odur uduzmadıq, qol buraxmadıq. Ümid edirəm mərhələni keçəcəyik. Komandam bu gün səbirli futbol sərgilədi. Təəssüf ki, yaxşı oyunlarımızı yalnız qışdan sonra görürük. Uşaqlara təşəkkürümü bildirirəm”.

 

Abasov Premyer Liqanın son turunda "Qəbələ" ilə oyundan sonra bəzi futbolçularla yolların ayrılacağı ilə bağlı verdiyi açıqlamaya görə narahat olmadığını bildirib: "Futbol həyatıdır, gedənlər və qalanlar olur. Bu, bizə və futbolçuya da yaxşıdır. "Qəbələ" ilə oyunda kimlərin nəyə qadir olduğunu gördük. "Qarabağ" və "Qəbələ" ilə ardıcıl oynamaq məşqçi üçün də yaxşıdır ki, kimlərlə yola davam edib-etməyəcəyini görür".

Xəbər xətti