Adı Azərbaycan millisi ilə hallanan məşqçi Çinə üz tutur

15:15 - 24 Aprel 2019

Qazaxıstan millisindən ayrıldıqdan sonra işsiz olan bolqarıstanlı baş məşqçi Stanimir Stoilov Çinə yollana bilər.

 

Sportal.az sportal.bg saytına istinadən xəbər verir ki, 52 yaşlı mütəxəssis Çin klublarının birindən təklif alıb. Yaxın günlərdə Stoilovun təyinatı rəsmiləşəcək.

 

Qeyd edək ki, 51 yaşlı mütəxəssis “Levski”, “Liteks”, “Anartosis”, "Botev", "Astana" klubları ilə yanaşı, Bolqarıstan və Qazaxıstan millilərində də baş məşqçi olub. Stoilovun adı ilin əvvəlinə Azərbaycan yığması ilə də hallanırdı.

 

Xəbər xətti