İdman direktoru ilə dalaşan baş məşqçi klubdan getdi

Fransanın PSJ klubunda qalmaqal baş verib.

 

Sportal.az "L'Equipe"ə istinadən xəbər verir ki, paytaxt təmsilçisinin U-19 komandasında baş məşqçi kimi çalışan Tyaqo Motta klubun idman direktoru Entero Enrike ilə dalaşıb. Sözləri üst-üstə düşmədiyi üçün tərəflər arasında münaqişə yaranıb.

 

Ötən mövsüm karyerasını başa vuran 36 yaşlı baş məşqçi PSJ-dən ayrılıb.

 

İtaliya millisinin sabiq üzvü olan Motta 2012-2018-ci illərdə Paris klubunda oynayıb.

Tarix: 3 May [12:56]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
21 May 2019
20  May 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio