AFFA U-18 millisini bərpa edir

AFFA yenidən 18 yaşadək futbolçulardan ibarət milli komanda yaratmağa qərar verib.

 

Sportal.az xəbər verir ki, bu barədə Azərbaycan Radiosuna açıqlamasında aşağı yaş qruplarından ibarət milli komandaların koordinatoru Miloş Velebit məlumat verib.

 

Serbiyalı mütəxəssisin sözlərinə görə, U-18 millisi sentyabr ayından etibarən bərpa olunacaq.

 

Xatırladaq ki, AFFA 2018-ci ilin əvvəlində U-18 milli komandası yaratmışdı. Amma Qurban Qurbanovun əsas millidən istefasından sonra, digər yığmalarda da baş məşqçiliyi dəyişikliyi baş verdi. U-18 yığması da baş məşqçi Zaur Həşimovun gedişindən sonra fəaliyyətini dayandırmışdı.

Tarix: 4 May [01:45]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
22 May 2019
21  May 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio