Denni Rouzdan etiraf: "Liverpul"un oyununu izləmişdik"

11:55 - 9 May 2019

Çempionlar Liqasında "Ayaks"ı səfərdə 3:2 hesabı ilə məğlub edərək finala yüksələn "Tottenhem"in müdafiəçisi Denni Rouz açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 28 yaşlı futbolçu qələbəni şərh edib: "Liverpul"un "Barselona"ya qarşı oyununu izlədik. Son fitə qədər hər şeyin yaxşı olacağını gördük. İlk oyun üzücü oldu, amma Amsterdamda inanılmazı reallaşdırdıq. Baş məşqçimiz Maurisio Poçettino bizə "Liverpul" - "Barselona" oyunundan bəhs etdi. Əlbəttə, tək bu amilə görə qalib gəlmədik. Sona qədər mübarizə aparmalı olduğumuzu bilirdik".

 

"Liverpul" - "Tottenhem" finalı iyunun 1-i Madridin "Vanda Metropolitano" stadionunda keçiriləcək.

 

Xəbər xətti