"Barselona" Valverdeni göndərir: namizədlər müəyyənləşdi

13:28 - 10 May 2019

Çempionlar Liqasının yarımfinal mərhələsində "Liverpul"la oyunlarda mübarizəni dayandıran "Barselona" klubu baş məşqçisi Ernesto Valverdeylə bağlı qərar verib.

 

Sportal.az xəbər verir ki, Kataloniya idman mətbuatı 55 yaşlı mütəxəssislə mövsümün sonunda yolların ayrılacağını yazıb. Məlumatda Valverdenin yerinə namizədlər göstərilib.

 

"Barselona"nın hədəfində Hollandiya millisinin çalışdırıcısı Ronald Kuman var. Futbolçu karyerasının 6 ilini kataloniyalılarda keçirən mütəxəssis ən uyğun adlardan biri kimi göstərilib. Lakin Hollandiya Futbol Federasiyası ilə müqaviləsi olan Kumanla anlaşmanın çətin olacağı vurğulanıb.

 

Bundan əlavə, "Ayaks"da möhtəşəm işlər görən Erik ten Haq da "Barselona"nın baş məşqçi postuna namizəd göstərilib.

 

Mövsümün sonunda futbolçu karyerasını başa vuracaq Xavi də baş məşqçi postuna namizədlərdəndir. Lakin təcrübəsiz olan sabiq "Barselona"lı bu postda gətirilməyəcək. 

Xəbər xətti