Azərbaycan futbolunda ilk

Azərbaycan Premyer Liqasının sonuncu XXVIII turu qonaqların üstünlüyü ilə keçib.

 

Sportal.az PFL-ə istinadən xəbər verir ki, 4 matçdan yalnız birində qələbə qazanan meydan sahibləri üç görüşdə uduzublar.

 

Bu da mövsümün ümumi statistikasını səfərdə oynayan komandaların lehinə dəyişib. Belə ki, çempionatın 112 qarşılaşmasında ev sahibləri 43, qonaqlar 44 dəfə qalib gəlib, 25 matçda heç-heçə qeydə alınıb.

 

Bu, 1992-ci ildən keçirilən Azərbaycan çempionatları tarixində ilk belə haldır ki, meydan sahiblərinin məğlubiyyəti qələbəsindən çox olur. Əvvəlki 26 mövsümün hamısında üstünlük ev komandalarında olub. Əksər hallarda isə bu üstünlük nəzərə çarpacaq dərəcədə böyük olub.

 

Cari mövsümün nəticələrinə baxsaq, “Qarabağ”, “Neftçi”, “Səbail”, “Sabah” və “Keşlə” səfərdə evdəkindən çox xal qazanıb. Üç komanda – “Qəbələ”, “Zirə” və “Sumqayıt” isə öz meydanında daha uğurlu çıxış edib. Ümumilikdə isə “Qarabağ” həm ev, həm səfərdə 1-ci, “Neftçi” hər iki göstəricidə 2-ci olub.

 

Evdə

1.

Qarabağ

14

9

4

1

30 - 11

+19

31

2.

Neftçi

14

8

3

3

30 - 15

+15

27

3.

Qəbələ

14

6

5

3

18 - 14

+4

23

4.

Səbail

14

5

4

5

14 - 16

–2

19

5.

Sumqayıt

14

5

1

8

11 - 23

–12

16

6.

Zirə

14

4

4

6

13 - 21

–8

16

7.

Sabah

14

3

3

8

12 - 25

–13

12

8.

Keşlə

14

3

1

10

12 - 20

–8

10

Səfərdə

1.

Qarabağ

14

11

2

1

35 - 10

+25

35

2.

Neftçi

14

9

4

1

22 - 11

+11

31

3.

Səbail

14

7

1

6

20 - 21

–1

22

4.

Zirə

14

4

3

7

17 - 19

–2

15

5.

Sabah

14

4

3

7

  8 - 16

–8

15

6.

Qəbələ

14

3

4

7

13 - 19

–6

13

7.

Sumqayıt

14

3

4

7

13 - 19

–6

13

8.

Keşlə

14

3

4

7

17 - 25

–8

13

Tarix: 13 May [10:57]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
16 Sentyabr 2019
15  Sentyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio