"Ayaks"dan Hakim Zieşin transferi ilə bağlı açıqlama

Bu mövsüm göstərdiyi oyunla böyük klubların diqqət mərkəzinə düşən "Ayaks"ın yarımmüdafiəçisi Hakim Zieş üçün klubdan rəsmi açıqlama gəlib.

 

Sportal.az xəbər verir ki, Amsterdam təmsilçisinin futbol direktoru Mark Overmars mərakeşli futbolçunu çox klubun transfer hədəfində olduğunu deyib: "Zieşi bir çox klub transfer etmək istəyir. Üç il öncə onu alan zaman demişdik ki, böyük komandalardan transfer təklifi gəlsə, qarşını almayacağıq. Bunu ona söz vermişik".

 

Hakim Zieş 2016-cı ildən "Ayaks"da çıxış edir. 26 yaşlı futbolçu bu mövsüm 49 oyuna 21 qol vurub, 24 assist edib.

Tarix: 16 May [18:32]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
17 Sentyabr 2019
16  Sentyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio