Niko Kovaç: "Bayern"dəki ilk ilimdə çox şeylər öyrəndim"

Münhenin "Bayern" klubunun baş məşqçisi Niko Kovaç Bundesliqanın sonuncu - 34-cü turunda "Ayntraxt"la keçiriəcəkləri oyun öncəsi mətbuat konfransında fikirlərini bölüşüb.

 

Sportal.az "Bild"ə istinadən xəbər verir ki, xorvatiyalı mütəxəssis konfrans zamanı duğulu anlar yaşayıb. O, klubdan çətin günlərdə dəstək görmədiyinə işarə vurub:

 

"Bayern"dəki ilk ilimdə çox şeylər öyrəndim. İnsan olmağın nə qədər çətin iş olduğunu anladım. İnsan övladı çox, həddən artıq çətin məxluqdur. Bir-birimizlə söhbət edərkən heç vaxt özümüzü əlçatmaz biri kimi nümayiş etməməliyik. Mən digər insanlara özümə qarşı necə davranılmasını istəyirəmsə, elə rəftar edirəm. Bir-birimizin dərdinə daha çox şərik olmalıyıq. Qarşımızdakını insan kimi görməliyik".

 

47 yaşlı mütəxəssis ayrılacağı ilə bağlı yayılan xəbərlərə belə münasibət bildirib:

 

"Mən tamamilə azad insanam. Əgər bir gün "Bayern"də olmasam, yaşamağa davam edəcəm. Nə olur, olsun. Mövsümü titulla bağlaya bilərəm, sona qədər mübarizə aparacam. "Bayern" bir baş məşqçiyə iş qarantisi verməz. İki il müqaviləm var. Gələn mövsüm də burada olacağımı nəzərə alaraq, çalışıram".

 

"Bayern" Bundesliqanın 34-cü turunda "Ayntraxt"ı məğlub etsə, Almaniya çempionu olacaq.

Tarix: 16 May [18:52]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
21 May 2019
20  May 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio