"Qarabağ"da ayrılıq: daha bir legioner göndərildi

15:50 - 19 May 2019

"Qarabağ"da daha bir ayrılıq reallaşıb.

 

Sportal.az xəbər verir ki, Ağdam klubu hücumçusu Con Delarjla müqaviləni qarşılıqlı razılaşma əsasında ləğv edib. Konqo millisinin üzvü azad agent statusuna yiyələnib.

 

"Qarabağ" 28 yaşlı futbolçunu ötən yay Türkiyənin "Bursaspor" klubundan 170 min avroya transfer etmişdi.

 

Delarj "Qarabağ"da keçirdiyi 13 oyunda 3 qol vurub, 2 assist edib.

 

Daha öncə "Qarabağ" Reynaldo, Yakub Jezniçak və İnnosent Emeqara ilə yolları ayırıb.

Xəbər xətti