Oyun zamanı infarkt keçirən hakim vəfat etdi

15:51 - 20 May 2019

Futbol dünyasında daha bir faciə yaşanıb.

 

Sportal.az xəbər verir ki, Boliviyada oyun zamanı hakim infarkt keçirib. Çempionatın 25-ci turunda "Olueys Redi" - "Oriende Petrolero" matçı zamanı baş hakim Viktor Huqo Hurdado ürək tutması keçirib. 47-ci dəqiqədə yerdə qalan referi ilk müdaxilədən sonra ayılıb və dərhal xəstəxanaya çatdırılıb. Ancaq xəstəxanada ikinci dəfə infarkt keçirən 32 yaşlı hakim gözlərini əbədi yumub.

 

Matçın keçirildiyi "El-Alto" stadionu dəniz səviyyəsindən 4150 metr hündürlükdədir.

 

Xəbər xətti