Ayxan Abbasov: "Sponsorlarla görüşdən sonra planlar bəlli olacaq"

00:16 - 24 May 2019

Azərbaycan kubokunun finalında "Qəbələ"yə 0:1 hesabı ilə uduzduqları oyundan sonra komandadan ayrılacağını söyləyən Ayxan Abbaov Sportal.az-a açıqlama verib.

 

37 yaşlı mütəxəssis klub rəhbərliyinin sponsorlarla danışıqlarından sonra məsələyə aydınlıq gələcəyini deyib:

 

"Görüşümüz növbəti günlərə qalıb. Rəhbərlik sponsorla danışıqlar aparır. Buna görə də söhbət uzanır. Gələn həftə bəlli olacaq".

 

"Sumqayıt"da qalmaq ehtimalınız varmı" sualına gənc mütəxəssis belə cavab verib:

 

"Danışıqlar və geniş söhbətdən sonra bilinəcək. Sponsorlarla görüşdən sonra planlar bəlli olacaq. Bundan sonra hər şey bilinəcək".

 

Qeyd edək ki, Ayxan Abbasov "Sumqayıt"ı tarixində ilk dəfə Azərbaycan kubokunun finalına yüksəltmişdi.

 

Xəbər xətti