Portuqaliya kubokunun qalibi məlum oldu

13:03 - 26 May 2019

Portuqaliya kubokunun final görüşü keçirilib.

 

Sportal.az xəbər verir ki, həlledici oyunda “Sportinq” və “Portu” klubları qarşılaşıb.

 

Matçın əsas vaxtı 1:1 hesabıyla bitib. Əlavə vaxtda tərəflər hərəyə bir qol vurub. Penaltilər seriyasında isə daha dəqiq olan "Sportinq" Portuqaliya kubokunu qazanıb. Lissabon klubu tarixində 17-ci dəfə bu titula yiyələnib.

Xəbər xətti