"Aston Villa" qayıtdı

21:22 - 27 May 2019

İngiltərə Çempionşipində Premyer Liqaya vəsiqə uğrunda pley-offun final oyunu keçirilib.

 

Sportal.az xəbər verir ki, "Uembli"də keçirilən matçda "Aston Villa" "Çelsi"nin sabiq futbolçusu Frenk Lempardın çalışdırdığı "Derbi Kounti" ilə qarşılaşıb. Matç "Aston Villa"nın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

 

Birmingem təmsilçisi 2015/16 mövsümündən sonra Premyer Liqaya qayıdıb.

 

Daha öncə "Norviç Siti" və "Şeffild Yunayted" klubları elitaya yüksəlmişdi.

Xəbər xətti