"Kəpəz"in sadiq azarkeşi vəfat etdi

16:41 - 2 İyun 2019

"Kəpəz"in sadiq azarkeşlərindən olan Adil Məmmədov vəfat edib.
 
Sportal.az xəbər verir ki, "Xəmsə" fanlubunun yaradıcısı və Gəncə futbolunun stajlı fanatlarından olan Adil dayı uzun müddətdi mübarizə apardığı çənə sümüyü xərçəngi xəstəliyindən dünyasını dəyişib.
 
Məmmədov Gəncə futbolu azarkeşlərinin simvolu sayılırdı. O, 2009-cu ildə "Xəmsə"ni yaradıb. "Kəpəz" və Gəncə futboluna əvəzsiz dəstək göstərməyi hədəfləyən və ətrafında yüzlərlə futbolsevəri toplayan Adil dayının missiyasını indi gəncəli azarkeşlər davam etdirir. Adil dayı bu gün torpağa tapşırılıb.
 
Allah rəhmət eləsin!

Xəbər xətti