"Qəbələ"də daha bir ayrılıq

“Qəbələ” daha bir futbolçu ilə yollarını ayırıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, yarımmüdafiəçi Elvin Camalov növbəti mövsümdən “qırmızı-qaralar”ın formasını geyinməyəcək.

 

“Qəbələ” Futbol Akademiyasının yetirməsi olan 24 yaşlı futbolçu əsas komandada 2013/14 mövsümündə debüt edib. “Qırmızı-qaralar”ın heyətində 141 oyun keçirən yarımmüdafiəçi Premyer Liqada 111, Azərbaycan kubokunda 18, UEFA Avropa Liqasında 12 dəfə meydana çıxıb. Camalov “Qəbələ”nin heyətində Azərbaycan çempionatlarında iki gümüş (2016/17, 2017/18) və üç bürünc (2013/14, 2014/15, 2015/16) medal qazanıb. Yarımmüdafiəçi 2018/19 mövsümündə qalibi adını qazandığı Azərbaycan kubokunun üç dəfə - 2013/14, 2016/17 və 2017/18 finalçı olub.

 

“Qəbələ” İdman Klubu Elvin Camalova “qırmızı-qara” forma ilə keçirdiyi oyunlara və qazanılan qələbələrdəki payına görə təşəkkür edib, gələcək karyerasında yeni-yeni uğurlar arzulayıb.

Tarix: 3 İyun [13:09]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23 Oktyabr 2019
22  Oktyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio