"Qarabağ"ın futbolçusu milliyə niyə dəvət almayıb?

"Qarabağ"ın bolqarıstanlı futbolçusu Simeon Slavçev AÇ-2020-nin seçmə mərhələsində Çexiya və Kosovo ilə oyunlar üçün millinin heyətinə dəvət almayıb. Yığmanın baş məşqçisi Krasimir Balakov Slavçevə dəvət yollamayıb.

 

Sportal.az Sportal.bg saytına istinadən xəbər verir ki, Slavçevin yığmaya dəvət almaması 2019-cu ildəki performansına görədir. Mövsümün ikinci yarısında cəmi 306 dəqiqə meydanda olan 25 yaşlı yarımmüdafiəçi keçmiş formasından uzaqdır.

 

Qeyd edək ki, Slavçev "Qarabağ"a Lissabonun "Sportinq" klubundan keçib. Onun Ağdam klubu ilə 1 illik müqaviləsi var. Slavçev 2013-cü ildən Bolqarıstan millisinə dəvət alır və yığmada 24 oyun keçirib.

Tarix: 4 İyun [11:52]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
18 Sentyabr 2019
17  Sentyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio