Donald Gerye millidə qol vurdu

10:41 - 13 İyun 2019

“Gold Cup” turnirinə hazırlaşan Haiti millisi Qayana yığma komandası ilə yoxlama oyunu keçirib.

 

Sportal.az xəbər verir ki, “Qarabağ”ın futbolçusu Donald Geryenin çıxış etdiyi Haiti millisi oyunda 3:1 hesabı ilə qalib gəlib.

 

90 dəqiqə meydanda olan Gerye komandasının ikinci qolunu vurub. Cinah futbolçusu 29-cu dəqiqədə fərqlənib.

 

Qeyd edək ki, Geryenin "Qarabağ"la müqaviləsi başa çatıb. Onun Ağdam klubunda qalıb-qalmayacağı bilinmir.

Xəbər xətti