Poqbadan ayrılıq mesajı: "Vaxt yetişib"

16:54 - 16 İyun 2019

"Mançester Yunayted"in yarımmüdafiəçisi Pol Poqba gələcəyi ilə bağlı açıqlama verib.

 

Sportal.az "Reuters"ə istinadən xəbər verir ki, Fransa millisinin üzvü komandadan ayrılacağına işarə vurub:

 

"Üç il ərzində "Mançester Yunayted"də hər kəs kimi, mən də pis və bəzən də yaxşı anlar yaşadım. Mənim üçün başqa yerdə yeni bir meydan oxumağın vaxtının gəldiyini düşünürəm".

 

"Mançester Yunayted" 26 yaşlı futbolçunu 2016-cı ildə "Yuventus"dan 100 milyon avroya transfer edib.O, "qırmızı şeytanlar"dan 142 oyuna 31 qol vurub, 29 assist edib.

Xəbər xətti