Sarri rəsmən "Yuventus"da

20:55 - 16 İyun 2019

"Yuventus"un yeni baş məşqçisi müəyyənləşib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, Turin təmsilçisi "Çelsi"dən ayrılan Maurisio Sarriyə tapşırılıb. İtaliyalı mütəxəssislə 3 illik müqavilə imzalanıb.

 

Sarri bu vəzifədə Massimiliano Alleqrini əvəzləyib.

Xəbər xətti