"Neftçi"nin futbolçusu: "Əsas odur Avropa Liqasındakı ilk oyunumuzadək tam hazır olaq"

00:07 - 21 İyun 2019

“Neftçi”nin yarımmüdafiəçisi Namiq Ələsgərov Türkiyədəki hazırlıq prosesi çərçivəsində Rusiyanın “SKA-Xabarovsk” klubuna qarşı keçirdikləri yoxlama oyununu dəyərləndirib.

 

Sportal.az xəbər verir ki, ilk qolun müəllifi klubun rəsmi saytına açıqlamasında 3:1 hesabıyla qalib gəldikləri görüşün gənc futbolçuların meydana çıxması baxımından da əhəmiyyətli olduğunu deyib:

 

“Ağır məşqlərin fonunda oyun keçirdik. Düzdü, yoxlama görüşlərində nəticə vacib deyil. Bununla belə, qələbə qazandığımız üçün şadam. Əsas odur Avropa Liqasındakı ilk oyunumuzadək tam hazır olaq. Uğurlu çıxış etmək üçün üzərimizdə çox işləməliyik. Bu oyun gənc futbolçuların meydana çıxması baxımından da əhəmiyyətli oldu”.

Xəbər xətti