"Qalatasaray" Fatih Terimlə yeni müqavilə imzaladı

00:57 - 9 İyul 2019

Türkiyənin "Qalatasaray" klubu baş məşqçisi Fatih Terimlə müqaviləni uzadıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, 65 yaşlı mütəxəssislə 2+3 illik müqavilə imzalanıb. Onun illik maaşı 2,8 milyon avro olacaq.

 

İstanbul klubu Fatih Terimin rəhbərliyi altında ötən mövsüm Türkiyə Super Liqasını qazanıb və ölkə kubokunda qalib olub.

Xəbər xətti