"Neftçi"dən ayrılan futbolçu Rumıniya klubunda

11:40 - 11 İyul 2019

Ötən mövsüm "Neftçi"dən ayrılan moldovalı müdafiəçi Petru Rakunun yeni klubu bəlli olub.

 

Sportal.az xəbər verir ki, 31 yaşlı müdafiəçi karyerasını Rumıniyada davam etdirəcək. Raku II liqada çıxış edən "Petrolul"la (Ploeşti) 1+1 illik müqavilə imzalayıb.

 

Raku ötən mövsümün ikinci yarısında "Şerif"dən "Neftçi"yə keçmişdi. Moldova millisinin üzvü "ağ-qaralar"ın heyətində iki oyuna çıxıb.

Xəbər xətti