"Benfika" Vinisiusu transfer etdi

17:52 - 20 İyul 2019

Portuqaliyanın "Benfika" klubu yeni transferini açıqlayıb.

 

Sportal.az xəbər verir ki, Lissabon klubu "Napoli"nin hücumçusu Karlos Vinisiusu transfer edib. Bu keçid üçün neapollulara 17 milyon avro təzminat ödənilib. 24 yaşlı futbolçu ilə 2024-cü ilə qədər müqavilə imzalanıb. Braziliyalı oyunçunun sərbəst qalma dəyəri 100 milyon avro təyin olunub.

 

Karlos Vinisius ötən mövsümün ikinci yarısını icarə əsasında "Monako"da keçirib.

Xəbər xətti