Filipe Luis Braziliyaya qayıtdı

01:07 - 21 İyul 2019

"Atletiko" ilə müqaviləsi başa çatan Filipe Luisin yeni klubu bəlli olub.

 

Sportal.az "Globo Esporte" nəşrinə istinadən xəbər verir ki, braziliyalı futbolçu karyerasını ölkəsində davam etdirəcək. 33 yaşlı sol cinah müdafiəçisi "Flamenqo" klubu ilə bütün şərtlərdə anlaşıb. Braziliya millisinin üzvü 2004-cü ildən sonra karyerasını yenidən ölkəsində davam etdirəcək.

 

"Fiquerense"nin yetirməsi 2004-cü ildə "Ayaks"a transfer olmuşdu. Luis "Real"ın B komandasında, "Deportivo"da, "Çelsi"də və "Atletiko"da çıxış edib.

Xəbər xətti