"Leyptsiq" "Everton"un futbolçusunu transfer etdi

00:17 - 23 İyul 2019

Almaniyanın "Leyptsiq" klubu növbəti transferini həyata keçirib.

 

Sportal.az "Sky Sports"a istinadən xəbər verir ki, Bundesliqa təmsilçisi İngiltərənin "Everton" klubunun vingeri Ademola Lukmeni transfer edib. 21 yaşlı futbolçunun keçidi üçün 25 milyon avro təzminat ödənilib. Lukmenin transferi yaxın günlərdə rəsmən açıqlanacaq.

 

İngiltərənin U-21 millisinin üzvü 2017-ci ildə "Çarlton"dan "Everton"a 8,8 milyon avroya keçmişdi.

 

"Leyptsiq" gənc futbolçunu ötən il icarəyə götürmüşdü.

Xəbər xətti