“Qarabağ” azarkeşlər üçün avtobuslar ayırdı

00:23 - 31 İyul 2019

“Qarabağ” bu gün saat 21:00-da Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində “Dalğa Arena”da İrlandiyanın “Dundalk” klubu ilə qarşılaşacaq.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, azarkeşlərin stadiona rahat gedib-qayıtmasını təmin etmək üçün “Qarabağ” xüsusi avtobuslar ayırıb.

 

Sabah 18:30-19:45 arası “Koroğlu” metrostansiyasından “Dalğa Arena”ya avtobuslar hərəkət edəcək. “Qarabağ” loqolu avtobuslara yalnız oyun bileti ilə giriş olacaq. Qarşılaşmadan sonra isə avtobuslar yenidən azarkeşləri stadiondan “Koroğlu” metrostansiyasına geri qaytaracaq.

Xəbər xətti