"Neftçi"nin "Bney Yehuda" ilə oyunlarının vaxtı məlum oldu

01:12 - 2 Avqust 2019

“Arsenal”ı məğlub etməklə Avropa Liqasında üçüncü təsnifat mərhələsinə yüksələn “Neftçi” İsrailin “Bney Yehuda” klubu ilə qarşılaşacaq.

 

Sportal.az xəbər verir ki, komandaların ilk oyunu Bakıda baş tutacaq. Avqustun 8-i, “Bakcell Arena”da keçiriləcək oyun saat 21:00-da start götürəcək.

 

Cavab matçı isə ayın 15-i Tel-Əvivdə baş tutacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.

Xəbər xətti