Frank Riberidən transfer qərarı

12:55 - 2 Avqust 2019

Ötən mövsümün sonunda "Bayern"dən ayrılan Frank Riberi transfer qərarını verib.

 

Sportal.az "Bild"ə istinadən xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçi karyerasını Qətər və ya Səudiyyə Ərəbistanında davam etdirməyə qərar verib.

 

Riberi Fransanın "Monako" klubundan aldığı təklifi qəbul etməmişdi.

 

Fransa millisinin sabiq üzvü daha öncə karyerasını başa vurmaq istmədiyini bildirmişdi: "Hələ oynamaq üçün acam, bu, dəqiqdir! 36 yaşım olsa da, hələ futbol verəcəyim çox şey var. Ağıl və fiziki cəhətdən özümü bu yaşda hiss etmirəm. Hələ böyük klubda oynaya bilərəm. Bu səviyyəyə sahibəm".

Xəbər xətti