"Qəbələ" Küveyt klubunu məğlub etdi

22:30 - 5 Avqust 2019

Azərbaycan Premyer Liqasının 2019/20 mövsümünə hazırlığı davam etdirən “Qəbələ” yoxlama oyunu keçirib.

 

Sportal.az xəbər verir ki, məşqlərini Bakıda gerçəkləşdirən “qırmızı-qaralar” paytaxtın qonağı olan Küveytin “Əl Samiyə” klubu ilə qarşılaşıb. Görüş Bakı Olimpiya Stadionunda baş tutub. Sənan Qurbanov bu matçda komandanın zədəliləri istisna olmaqla bütün üzvlərinə şans verib.

 

Güclü külək şəraitində keçən qarşılaşmanın ilk yarısında qol qeydə alınmayıb. Fasilədən sonra rəqib qapısına təzyiqi artıran "Qəbələ" asiyalıların müqavimətini qıra bilib. Öncə Asif Məmmədov, ardınca isə Fernan Lopez qonaqları məyus edib – 2:0.

 

Xəbər xətti