Kamran Quliyev oynadı, komandası uduzdu

17:17 - 11 Avqust 2019

Litva I Liqasında 19-cu turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, Azərbaycanın U-21 millisinin üzvü Kamran Quliyevin formasını geyindiyi “Jonava”evdə “Dyuqas”a 1:2 hesabı ilə uduzub.

 

Kamran 45-ci dəqiqədə meydana daxil olub. Mövsüm ərzində 6 qol vurmuş Quliyev bu dəfə qol vurmayıb.

 

“Jonava” 30 xalla 4-cü pillədə qərarlaşıb.

Xəbər xətti