Premyer Liqada 5-ci start

15:08 - 15 Avqust 2019

Sabah Azərbaycan Premyer Liqasında 2019/20 mövsümünə start veriləcək.

 

Sportal.az xəbər verir ki, “Zirə” yeni mövsümün ilk turunda “Səbail”lə qarşılaşacaq. 28-ci Azərbaycan çempionatına səfərdə start verəcək “qartallar”, yüksək dəstədə 5-ci mövsümünə başlayacaq.

 

Komanda 2015-ci ildə debüt etdiyi Premyer Liqada 4 mövsümü arxada qoyub. Bir dəfə vitse-çempion olan “Zirə”, iki dəfə 4-cü, bir dəfə 5-ci yeri tutub.

 

“Qartallar” arxada qalan mövsümlərdə 120 görüşə çıxıb. Hesabında 47 qələbə və 35 heç-heçə olan “Zirə”, 38 dəfə meydandan xalsız ayrılıb. Rəqib qapısına 134 qol vuran “qartallar”, 124 top buraxıb.

 

Yeni mövsümdə Azərbaycan Premyer Liqasında 8 komanda – “Qarabağ”, “Neftçi”, “Sabah”, “Qəbələ”, “Səbail”, “Sumqayıt”, “Zirə” və “Keşlə” mübarizə aparacaq.

Xəbər xətti