Yeni futbol klubu yarandı - "İrəvan"

20:51 - 15 Avqust 2019

Bu günlərdə Azərbaycanda yeni bir futbol klubu Ədliyyə Nazirliyində qeydiyyatdan keçib.

 

Sportal.az saytı Sportinfo.az-a istinadən xəbər verir ki, klub «İrəvan» adlanır.


Adından da göründüyü kimi, «İrəvan» Qərbi Azərbaycanın tarixi paytaxtını təmsil edir və əslən bu bölgədən olan bir qrup iş adamı klubu yaradıb.

 

Komanda gələn mövsüm Region Liqasında mübarizə aparmaq üçün AFFA-ya müraciət ünvanlayıb. «İrəvan» ev oyunlarını keçirmək üçün Abşeron Olimpiya Kompleksi ilə danışıqlar aparır.

Xəbər xətti